Gəncədə "Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusu müzakirə olunub
Fevralın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə "Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda tədbir baş tutub.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev və məktəblilər iştirak ediblər.
Çıxışlarda radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları barədə ətraflı məlumat verilib. Ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən danışılıb.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Üfuqdəki gələcək” sənədli filmi nümayiş olunub.

