Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.08.2025 / Bölgə xəbərləri

Gəncədə "Milli mənəvi irsin izi ilə: Qərbi Azərbaycan!" mövzusunda tədbir keçirilib

Avqustun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə “Milli mənəvi irsin izi ilə: Qərbi Azərbaycan!” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, şəhər ictimaiyyəti nümayəndələri və fəal gənclər iştirak ediblər.

Çıxış edənlər Qərbi Azərbaycana dair tarixi həqiqətlər, bu ərazilərdəki milli-mənəvi və dini irs nümunələri, eləcə də bölgədə yaşayan azərbaycanlıların tarixən üzləşdiyi haqsızlıqlar haqqında məlumat veriblər. Bildirilib ki, milli yaddaşın qorunması, gənc nəslin bu həqiqətlərlə tanış edilməsi strateji əhəmiyyət daşıyır. Qeyd edilib ki, Qərbi Azərbaycan məsələsi yalnız tarixi deyil, həm də milli-mənəvi dəyərlər kontekstində yanaşılmalı olan bir məsələdir. Eyni zamanda gənclərin bu mövzuda maarifləndirilməsinin vacibliyini vurğulayaraq, dövlətin bu istiqamətdə gördüyü işlərdən danışılıb. Vurğulanıb ki, milli irsimizin yaşadılması, unudulmağa qoyulmaması hər bir vətəndaşın mənəvi borcudur.

Tədbir fikir mübadiləsi və gənclərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə yekunlaşıb.