Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.09.2023 / Bölgə xəbərləri

Gəncədə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər müzakirə olunub

Avqustun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə "Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, eləcə də gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizin nümunəvi multikultural mühiti və ona qarşı yönəlmiş təhdidlər barədə danışıblar. Natiqlər respublikamızda milli, dini həmrəyliyin və birliyin mövcud olduğunu da diqqətə çatdırıblar.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Dəmir Yumruq” sənədli filmi nümayiş edilib.