Gəncədə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusu müzakirə olunub
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin (DQİDK) təşkilatçılığı ilə Gəncə şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbində "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, müdir müavini Elmar Fətəliyev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyi qeyd edilib. Gənclərin və yeniyetmələrin radikal dini təsirlərdən, eləcə də dini radikalizmdən qorunmasında təhsilin önəmindən danışılıb.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Üfüqdəki gələcək” filmi nümayiş olunub.