Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.09.2022 / Bölgə xəbərləri

Gəncədə maarifləndirmə tədbirləri keçirilib

Sentyabrın 28-i Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə  şəhər Tibb Kollecində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, kollecin müəllim və tələbələri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Gəncləri radikal dini düşüncələrdən və ekstremist meyillərdən qorumaq məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlərin təşkil edilməsinin böyük əhəmiyyətə malik olduğu bildirilib.

Tədbirin sonunda DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Şəhadət” filmi nümayiş olunub.