Gəncədə maarifləndirmə tədbiri keçirilib
Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, məktəb rəhbərliyi və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillərdən, o cümlədən dini radakilizmin təsirlərlərindən bəhs olunub. Gənclərimizin vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda böyüdülməsinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.


