Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.10.2022 / Bölgə xəbərləri

Gəncədə maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə şəhər Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə şəhər Uşaq İncəsənət məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd edilib. Həmçinin ölkəmizdə dini durumun sabit olduğu diqqətə çatdırılıb. Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar və təhlükələri haqqında da ətraflı məlumat verilib.

Sonda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.