Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2024 / Bölgə xəbərləri

Gəncədə “Heydər Əliyev - dəyərlərimizin xilaskarı” mövzusunda tədbir keçirilib

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə “Heydər Əliyev dəyərlərimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, QMİ-nin Qazilər Şurasının üzvü, Gəncə şəhər “İmamzadə Ziyarətgah” məscidi dini icmasının sədri Hacı Tahir Abbasov, Gəncə şəhər Aleksandr Nevski adına Rus provaslav kilsəsinin keşişi Varfalomey Sotnikov, Gəncə şəhər yəhudi dini icmasının sədri Arif Babayev, müsəlman və qeyri-müsəlman dini konfensiya rəhbərləri və üzvləri, ictimaiyyət nümayəndələri işirak ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışılıb. Bildirilib ki, ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub. Eyni zamanda vurğulanıb ki, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. 
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanmış “Heydər Əliyev - dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.