Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.10.2025 / Bölgə xəbərləri

Gəncədə “Erkən nikah və onun uşaq hüquqlarına təsiri” mövzusu müzakirə olunub

Oktyabrın 23-də DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsi və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Erkən nikah və onun uşaq hüquqlarına təsiri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nin Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli, müəllimlər və və tələbələr iştirak ediblər.

Bildirilib ki, erkən nikahlar yalnız fərdi deyil, həm də ailə və cəmiyyət üçün mənfi nəticələr doğurur. Qeyd olunub ki, erkən nikahların qarşısının alınması məqsədilə normativ-hüquqi aktların qəbul edilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və maarifləndirmə işlərinin davamlı aparılması vacibdir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər həm erkən nikahların azalmasına, həm də uşaq hüquqlarının müdafiəsinə mühüm töhfə verir.
Tədbirin sonunda  mövzu ətrafında fikir mübadiləsi aparılıb.