Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.10.2024 / Bölgə xəbərləri

Gəncədə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlar zamanı  qeyd edilib ki,  bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də erkən nikahın  doğurduğu fəsadlar aktual problemlərdən biri olaraq qalır. Erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkilinin, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsinin, onlara milli-mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.