Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.01.2023 / Bölgə xəbərləri

Gəncədə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən hərbi hissədə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Hərbi hissənin İdeoloji İş və Mənəvi Psixoloji Bölməsinin rəisi Zaur Əliyev və hərbçilər iştirak edib.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb, milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə qarşı təhdidlərdən bəhs edilib. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirləri qeyd olunub.      

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş  “Dəmir Yumruq” sənədli filmi nümayiş olunub.