Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.06.2023 / Bölgə xəbərləri

Gəncədə dini radikalizmlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

İyunun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin (DQİDK) təşkilatçılığı ilə M.Ə.Sabir adına 5 saylı tam orta məktəbdə  “Dini radikalizmin mahiyyəti və fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib.

DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, məktəb rəhbərliyi və şagirdlərin iştirak etdikləri tədbirdə əvvəlcə dini radikalizm və onun mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, mənfi təsirlərdən qorunmaq, radikalizmin qurbanına çevrilməmək üçün dinin əsl mahiyyətini öyrənmək, dini dəyərləri olduğu kimi mənimsəmək vacibdir.

Çıxış edənlər, həmçinin xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini də diqqətə çatdırıblar.  

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gətirilən “Üfüqdəki gələcək” filmi nümayiş olunub.