Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.10.2024 / Bölgə xəbərləri

Gəncədə dini radikalizmin fəsadları müzakirə olunub

Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdir vəzifəsini icra edən Həsən Məmmədov, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti barədə ətraflı məlumat verilib. Dini radikalizmin fəsadları, dini ekstremizmə qarşı mübarizə istiqamətində həyata keçirilən işlərdən danışılıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.