Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.01.2024 / Bölgə xəbərləri

Gəncədə "Dini radikalizmə qarşı mübarizə" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Yanvarın 19-da Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər 26 saylı tam orta məktəbində "Dini radikalizmə qarşı mübarizə" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev və məktəbin şagirdləri iştirak ediblər.

Çıxış zamanı dini radikalizm, xurafatla mübarizədə təhsilin önəmindən danışılıb. Bu sahədə dini maarifləndirmə işinin əhəmiyyəti vurğulanıb.

Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Üfuqdəki gələcək” sənədli filmi nümayiş olunub.