Gəncədə dini radikalizm mövzusu müzakirə olunub
Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin əməkdaşları, kollecin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri haqqında ətraflı məlumat verilib. Gənclərin dini radikalizm və ekstremizm barəsində məlumatlı olmasının vacibliyi vurğulanıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub.
