Gəncədə dini radikalizm mövzusu müzakirə olunub
Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə şəhər Ə.Cavad adına 2 saylı tam orta məktəbində “Yeniyetmə və gəncləri dini radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Faiq Əsgərov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və ekstremizmin mahiyyətindən bəhs olunub. Radikalizmlə mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Üfuqdəki gələcək” sənədli filmi nümayiş olunub.

