Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.10.2022 / Bölgə xəbərləri

Gəncədə din xadimləri və dini icmaların fəaliyyətinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə İmamzadə Ziyarətgah kompleksində bölgədə fəaliyyət göstərən rəsmi din xadimləri və dini icmaların fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, din xadimləri və icma sədrləri iştirak ediblər.

Çıxışlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyi vurğulanıb. Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə diqqət və qayğının göstərildiyi qeyd edilib. Həmçinin din xadimlərinin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyü bildirilib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.