Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.01.2023 / Bölgə xəbərləri

Gəncədə din xadimləri və dini icma sədrlərinin iştirakı ilə iclas keçirilib

Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə dini icmaların 2022-ci il üçün yekun hesabatı və cari ildə görüləcək işlərə həsr olunmuş iclası keçirilib.

Görüşdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, bölgənin din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda dini icmalar və din xadimlərinin ötən ilin yekun hesabatı dinlənilib və 2023-cü ildə görüləcək işlər müzakirə olunub, din xadimlərinə və dini icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.