Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2025 / Bölgə xəbərləri

Gəncədə 28 May Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

Mayın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsi və Gəncə-Daşkəsən regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə 28 May Müstəqillik Günü ilə əlaqədar “Müstəqillik tarixi nemətimizdir  mövzunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdir müavini Elmar Fətəliyev, 29 saylı tam orta məktəbin direktor müavini Günel Qəmbərova, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda 1918-ci ildə qurulmuş Cumhuriyyətin mövcud olduğu 23 ay ərzinə həyata keçirdiyi islahatlar və gördüyü işlərdən danışılıb, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin böyük siyasəti nəticəsində Azərbaycanda daxili ictimai-siyasi sabitliyin möhkəmlənməyə başladığı və onun bu siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu olduğu qeyd edilib.