Gəncə və Abşeronda maarifləndirmə tədbirləri keçirilib
Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir.
10.03.2024, Abşeron rayonu: rayonunun Məmmədli qəsəbəsi Şahsevən məscidində “Narkomanlığa qarşı mübarizədə dini və milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, şöbənin əməkdaşı Namik Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, “Şahsevən” məscidinin imamı Bəşir Mənsurov, eləcə də din xadimləri iştirak ediblər.
***
10.03.2024, Gəncə şəhəri: şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzular barədə ətraflı məlumat verilib. Dini maarifləndirmə sahəsində görülən işlərdən danışılıb.
Tədbirlər müzakirələrlə davam edib.


