Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.07.2022 / Bölgə xəbərləri

Gəncə şəhərində yerləşən hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib

İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhərində yerləşən hərbi hissələrdə “İnsan həyatı: Allahın əmanəti kimi” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gəncə şəhər Qazaxlar məscidi dini icmasının sədri Rahil İsmayılov, hərbi hissələrin şəxsi heyəti iştirak edib.

Çıxışlarda qeyd olunub ki, insan həyatı Allahın əmanətidir və bu əmanətə xəyanət ən böyük günahlardan hesab olunur. Bildirilib ki, həyatın dəyərli olduğunu dərk edib onu layiqincə yaşamaq hər birimizin vəzifəsidir.

Sonda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.