Gədəbəydə yerləşən hərbi hissələrdə maarifləndirici tədbirlər keçirilib
Aprelin 11-də Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissələrdə “Şəxsi heyətin mənəvi-psixoloji
vəziyətinin, hərbi intizamın möhkəmləndirilməsində, hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu”, “İntihar və özünə xəsarət yetirmə islam dinində ən böyük günahlardandır” mövzularında maarifləndirici tədbirlər keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin məsləhətçisi Cavid Səfərov, din xadimləri, zabitlər və əsgərlər iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri barədə iştirakçılara geniş məlumat verilib.
Sonda hərbçilərin sualları cavablandırılıb.