Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.11.2024 / Bölgə xəbərləri

Gədəbəydə "Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı" mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin Qazax-Tovuz  regional bölməsinin təşkilatçılığı ilə noyabrın 14-də Gədəbəy şəhər “Cümə” məscidində "Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı" mövzusunda tədbir keçirilib.

Tədbirdə  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz  regional bölməsinin məsləhətçisi Cavid Səfərov, Gədəbəy şəhər “Cümə” məscidinin imamı Rövşən Mustafayev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs edilib. Natiqlər belə tədbirlərin gənclərimizdə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu qeyd ediblər.

Mövzu ilə bağlı digər natiqlər də fikirlərini bölüşüblər.