Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.08.2025 / Bölgə xəbərləri

Gədəbəydə din xadimlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

Avqustun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsinin təşkilatçılığı ilə Gədəbəy rayon “Cümə” məscidində “Din xadimlərinin korrupsiya ilə mübarizədə və maarifləndirmədə rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, Gədəbəy rayon “Cümə” məscidinin imamı Rövşən Mustafayev, bölgədə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, korrupsiya təkcə iqtisadi deyil, eyni zamanda mənəvi təhlükədir və onunla mübarizə cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də din xadimlərinin fəal iştirakı ilə aparılmalıdır. 

Sonda iştirakçıların sualları cavablandırılıb.