Gədəbəydə "Aprel döyüşlərinin Azərbaycanın müstəqillik mübarizəsindəki yeri” mövzusunda tədbir keçirilib
Aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsinin və Qazax Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə iştirakı ilə "Aprel döyüşlərinin Azərbaycanın müstəqillik mübarizəsindəki yeri” mövzusunda tədbir keçirilib.
Gədəbəy rayonunun Novo Saratovka kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin əməkdaşı Cavid Səfərov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Röyal İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Natiqlər diqqətə çatdırıblar ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Vurğulanıb ki, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Bununla da, cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.