Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.02.2024 / Bölgə xəbərləri

Gədəbəy və Ağcabədidə maarifləndirmə tədbirləri keçirilib

Regionlarda müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri davam etdirilir.

Fevralın 16-da Gədəbəy rayon Qoşabulaq kənd 2 nömrəli tam orta məktəbində "Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq" mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Səfərov, Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndəsi Qədir Bağırov, Rayon Polis Şöbəsinin rəis müavini Gündüz Yusibov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Fevralın 16-da Ağcabədi şəhər Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbində isə “Narkomaniya və zərərli vədişlərə qarşı mübarizə” mövzusu müzakirə olunub. Tədbirdə Rayon Polis Şöbəsi rəisinin birinci müavini Elmir
Dəmirçiyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, RİH-nin əməkdaşı Səbuhi Möhsümov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb, bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.