Füzulidə maarifləndirmə tədbiri keçirilib
Sentyabrın 26-da Füzuli rayonu Qayıdış-3 qəsəbə tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin təşkilatçılığı ilə “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Regional bölmənin aparıcı məsləhətçisi İsmət Rəhimov, ictimaiyyət nümayəndələri, müəllimlər və məktəblilər tədbirdə iştirak ediblər.
Çıxışlarda uşaqların təhsildən yayındırılmasının qarşısının alınmasında dini icmaların rolunun əhəmiyyəti vurğulanıb. Natiqlər dini icmaların cəmiyyətin maarifləndirilməsində fəal iştirak etməsinin zəruriliyini qeyd ediblər.
Tədbir müzakirələrlə davam etdirilib.