Füzulidə maarifləndirmə tədbiri keçirilib
Aprelin 24-də Füzuli rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əsl Vətənpərvərlik nümunəsi olan Zəfər tariximiz suverenliyin rəmzidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə və dövlət himninin oxunması ilə başlanıb.
Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçisi İsmət Rəhimov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xalisə Məmmədova, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, əsl Vətənpərvərlik nümunəsi olan Zəfər tariximiz suverenliyin rəmzidir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində müzəffər Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi.

