Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2023 / Bölgə xəbərləri

Füzulidə maarifləndirmə tədbiri keçirilib

İyun  ayının 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Füzuli rayonu Mahmudlu – 2 kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, Füzuli rayonu Mahmudlu – 2 kənd məscidi dini icmasının sədri və imamı Sevindik Əsgərli, Horadiz şəhəri “Əhli-Beyt məscidinin imamı Nəriman Nəsirov və din xadimləri iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, radikal dini qrupların yayılmasında əhalinin böyük hissəsinin dini sahədə məlumatsızlığı, İslama, onun fəlsəfəsinə, mənəvi dəyərlərinə, tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi əhəmiyyətli rol oynayıb. Müasir dövrün əsas problemlərindən hesab edilən dini radikalizmə, ekstremizmə, xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənələrimizi yaşatmaq üçün dini maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan radikal dini quruplarla mübarizə dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.