Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.05.2023 / Bölgə xəbərləri

Füzulidə maarifləndirmə tədbiri keçirilib

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Füzuli rayon Horadiz şəhəri Əhli-Beyt məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, “Əhli-Beyt məscidinin imamı Nəriman Nəsirov, şəhid ailələri, qazilər və din   xadimləri iştirak ediblər.

Çıxışlarda xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyətindən bəhs olunub. Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı vurğulanıb. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.