Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.10.2023 / Bölgə xəbərləri

Füzuli rayonunda “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusu müzakirə olunub

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Füzuli rayonunun Horadiz şəhəri “Əhli-Beyt” məscidində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmət Rəhimov, “Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirov və dindarlar iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən danışılıb. Vurğulanıb ki, Vətən müharibəsində respublikamızda milli və dini həmrəylik nümayiş etdirilib və torpaqlarımız işğaldan azad edilib.