Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.06.2023 / Bölgə xəbərləri

Erkən nikahın fəsadları bölgələrdə müzakirə edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay  bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah, uşaq hüquqları və ailədaxili problemlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Ləman Səfərəliyeva və təşkilatçı qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, erkən nikah, uşaq hüquqlarının pozulması və ailədaxili problemlər, ilk növbədə insan hüquqlarının pozulmasıdır. Bu kimi problemlərin yaranmasında valideynlərlə yanaşı, gənclərin təhsil aldığı məktəb, ətrafdakı insanlar, ictimaiyyət də məsuliyyət daşıyır. Həmçinin çıxışlar zamanı dünyəvi təhsil və ictimai qınağın problemin həll olunmasında çox böyük fayda ola biləcəyi diqqətə çatdırılıb.

***

Daha bir tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Erkən nikah və məişət zorakılığının yarada biləcəyi fəsadlar” mövzusunda keçirilib.

Tədbirdə DQİDK-nın əməkdaşı Vüsal Hüseynli, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasova, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı erkən nikahın yarada biləcəyi fəsadlar, məişət zorakılığı ilə mübarizədə zorakılıq törətmiş şəxsin məsuliyyəti, eyni zamanda, insan hüquqlarının müdafiəsi istiqamətində görülə biləcək işlər barədə geniş müzakirələr aparılıb.

***

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinın təşkilatçılığı ilə “Erkən nikahın hüquqi əsasları və fəsadları” mövzusunda seminar keçirilib.

DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Zamin Əsədov, din xadimləri və icma sədrlərinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda erkən ailə quran qızların təhsildən yayınmasından və uşaq yaşlarından ailə məsuliyyətinə cəlb olunması nəticədə psixoloji travmalarla üzləşmələrindən danışılıb. Bununla yanaşı qızların müstəqil ailə qurmaq və təhsil almaq hüququnun məhdudlaşdırılmasından bəhs olunub.

Tədbir mövzu ilə bağlı müzakirələrlə yekunlaşıb.