DQİDK və Abşeron RİH-in birgə təşkilatçılığı ilə tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı yanında Dini işlər üzrə Komissiyanın birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə RİH başçısının müavini Gülnar Rəhimova, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, yerli hüquq-mühafizə orqanları və idarələrin rəhbər şəxsləri, eləcə də din xadimləri iştirak ediblər.
Tədbirdə qarşıda duran vəzifələr müzakirə olunub, din xadimlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.


