DQİDK-nın təşkilatçılığı ilə Qax, Zaqatala, Ağdaş, Naftalan və Saatlıda tədbirlər keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) digər qurumlarla birgə həyata keçirdiyi, müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri davam edir.
Qax və Zaqatala rayonlarında “44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” mövzusu müzakirə olunub. Qeydolunan tədbirlər Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Tərlan Nəzərov, Vüqar Məmmədov, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, Qax Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nəzirməhəmməd Nəsirov, din xadimləri və dini icma sədrlərinin iştirakı ilə baş tutub.
Ağdaş rayonunda “Milli mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu” mövzusunda baş tutan tədbirə isə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, din xadimləri, təhsil və mədəniyyət işçiləri, habelə rayonun fəal gəncləri qatılıblar.
Daha bir tədbir Naftalan şəhərində keçirilib. "Vətən uğrunda şəhadət ən ali məqamdır" mövzusunda keçirilən tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Naftalan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Ülfət Əliyev, həmçinin dindarlar iştirak ediblər.
Saatlıda baş tutan tədbirdə isə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub. 44 günlük Vətən müharibəsi zamanı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan xalqının göstərdiyi sücayətdən, həmçinin milli- mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən danışılıb.
Qeydolunan tədbirlər müzakirələrlə yekunlaşıb.






