Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.03.2024 / Bölgə xəbərləri

DQİDK-nın təşkilatçılığı ilə Bakıda və bölgələrdə silsilə tədbirlər keçirilib

Respublikamızın paytaxtında və bölgələrdə silsilə tədbirlər həyata keçirilib.

06.03.2024, Qusar: rayonun Avaran kənd tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, pedaqoqlar, gənclər və məktəblilər iştirak ediblər.

 

06.03. 2024, Saatlı: rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimlərinin iştirakı ilə “Ramazan ayı ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, dini icma sədrləri, din xadimləri və qadın dini ayinlərin icraçıları iştirak ediblər.

 

06.03.2024, Bakı: Binəqədi rayonunun 179 saylı tam orta məktəbində “Dini radikalizm, ekstremizm və fanatizmin mahiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Amal Məlikov, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

06.03.2024, Gəncə: şəhər Musiqi Kollecində “Qızların təhsildən yayındırılmasının hüquqi və mənəvi məsuliyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli, kollecin müəllim və tələbələri iştirak ediblər. 

 

06.03.2024, Balakən: rayonun Talalar kənd 2 saylı tam orta məktəbdə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Elməddin Atakişiyev, rayon gənclər və idman sektorunun əməkdaşı Nurlan Şibliyev, Balakən rayonu “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Osman Əliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

 

06.03.2024, Yardımlı: rayonun Vərgədüz kənd A.Bağırov adına tam orta məktəbində “Gəncləri və yeniyetmələri radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, müvafiq qurumların nümayəndələri,  müəllimlər və şagirdlər iştirak ediblər.

 

06.03.2024, Lerik: şəhər “Cümə” məscidində “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Şahbazov, Səyyad Babakişiyev, rayonun dini icma sədrləri və din xadimləri iştirak ediblər.

 

Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Maarifləndirmə tədbirlərinin önəmindən bəhs olunub. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə söhbət açılıb..

Tədbirlər müzakirələrlə davam etdirilib.