Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.10.2024 / Bölgə xəbərləri

DQİDK-nın regional bölmələrinin müdirləri üçün təlim keçirilib

Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin (MMX) birgə təşkilatçılığı ilə “Benefisiar mülkiyyətçi” mövzusunda onlayn təlim keçirilib.

Təlimdə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Arzu Xəlilova, DQİDK-nın məsul əməkdaşları və regional bölmələrinin müdirləri iştirak ediblər.

MMX-nın əməkdaşı A. Xəlilova dini qurumlarda benefisiar mülkiyyətçinin müəyyən edilməsi, bu sahədə Dövlət Komitəsi tərəfindən atılacaq addımlar barədə geniş məruzə ilə çıxış edib. Eyni zamanda A. Xəlilova “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planının icrasından irəli gələn məqamlara da toxunaraq, bu istiqamətdə görülən işlərdən  danışıb.

Təlim müzakirələrlə davam etdirilib.