DQİDK-nın bölgə şöbələri tərəfindən regionlarda maarifləndirmə tədbirləri keçirilib
Mayın 29-da Salyan rayonundakı Peşə liseyində “Ailə dəyərlərinin əhəmiyyəti, qorunması və möhkəmləndirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Zeynallı, Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
***
Mayın 30-da Abşeron rayonunun Masazır qəsəbəsindəki 5 saylı tam orta məktəbdə “Gəncləri və yeniyetmələri radikalizm və ekstremizmdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Namiq Musayev, Xalid Paşayev, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəlalə Rzayeva, müəllim və şagirdlər iştirak ediblər.
***
Mayın 29-da Ağsu rayonu M.İsmiyev adına Ərəbuşağı kənd tam orta məktəbində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu RPŞ-nin əməkdaşı Ağacan Ələbbasov, həmin məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
***
Mayın 30-da Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə "Gənclərin milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyəsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Faiq Əsgərov, din xadimi Murad Əliyev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
***
Mayın 31-də Füzuli rayonu Horadiz şəhəri “Əhli-Beyt” məscidində “Dini fanatizm, radikalizm və ekstremizmin təhlükələri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmət Rəhimov, eləcə də din xadimləri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizə istiqamətində görülən işlərdən bəhs olunub. Eyni zamanda gənclərin milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







