“Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Mayın 18-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Naftalan Şəhər İcra Hakimiyyəti və Naftalan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsinin əməkdaşı Kamal Ələkbərov, İH-nin sektor müdiri-dini qurumlarla işin təşkilatçısı Ülfət Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva, şəhər peşə məktəbinin müəllim və tələbələri iştirak edib.
Tədbirdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində görülən işlərdən söhbət açaraq, belə tədbirlərin keçirilməsinin gənclərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Eyni zamanda gənclərin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu qeyd edən natiqlər dini radikalizmlə mübarizədə hər kəsi, əsasən də gəncləri fəal olmağa çağırıblar.
Tədbirin sonunda Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Üfüqdəki gələcək“ adlı sənədli film nümayiş olunub.

