Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.06.2024 / Bölgə xəbərləri

Din xadimləri və təhsil işçilərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib

Regionlarda maarifləndirmə tədbirləri keçirilib.

İyunun 11-də Şamaxı Peşə Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Elnur Mehdiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, eləcə də müəllimlər və gənclər iştirak ediblər.

***

İyunun 11-də Salyan rayonunun Arbatan kənd tam orta məktəbində “Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ülvi Zeynallı, müvafiq qurumların əməkdaşları, müəllimlər və məktəblilər iştirak ediblər.

***

İyunun 11-də  Zaqatala rayonu Əliabad qəsəbəsi 4 nömrəli tam orta məktəbində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib. Tədbir DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Ramin Həsənov, müvafiq qurumların əməkdaşları, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlararda dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən danışılıb. Bu sahədə maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb.