Din xadimləri və məktəblilərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib
Bakıda və respublikamızın bölgələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
15.12.2023, Daşkəsən rayonu: Rayonun Bayan kənd M.Mustafayev adına tam orta məktəbində "Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
15.12.2023, Bakı şəhəri: Xətai rayonunda yerləşən 194 nömrəli tam orta məktəbində isə "Həmrəylimiz gücümüzdür" mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, RİH-in başçısı Aparatının məsul əməkdaşları Pənah İmanov, Məhəmməd İbrahimov, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi qatılıb.
15.12.2023, Zərdab rayonu: “Zərdab rayonunda mövcud dini durum və dini durumla bağlı problemlər” mövzusunda tədbir keçirilib. Zərdab şəhər “Cümə” məscidində keçirilən tədbirdə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşları Əzim Rəfiyev və Sədi Hüseynov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
15.12.2023, Kəlbəcər rayonunun 10 nömrəli tam orta məktəbində "Dini radikalizm və ekstremizmin yarada biləcəyi fəsadlar" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayon sektorunun müdiri Musa Mamedov, RİH-in şöbə müdiri Faiq Mehdiyev, eləcə də, müəllim və şagird kollektivi iştirak edib.
Çıxışlarda dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən danışılıb. Ölkəmizdə dini və milli həmrəyliyin mövcud olduğu diqqətə çatdırılıb. Eyni zamanda dini durum müzakirə olunub, din xadimlərinə, icma sədrlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



