Din xadimləri və gənclərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib
Bölgələrdə din xadimləri və gənclərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib.
Sumqayıt: şəhər 1 saylı peşə məktəbində “Narkomaniyanın mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Şəhər Baş Polis İdarəsinin əməkdaşı Azər Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Xalid Paşayev, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Kürdəmir: “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov və şöbənin əməkdaşları, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Daşqın Rüstəmov, dini icma sədrləri, eləcə də din xadimləri qatılıblar.
***
Balakən: şəhər Nəsimi adına 1 saylı tam orta məktəbində "Uşaq hüquqlarının qorunması: erkən nikah və onun fəsadları" mövzusunda baş tutan tədbirdə isə Dövlət Komitəsinin bölgə üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev, rayon İcra Hakimiyyəti, Gənclər və İdman sektorunun əməkdaşları, müəllimlər, şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mövzularla bağlı çıxışlar edilib. Bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.





