Daşkəsəndə yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
Mayın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə “Vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən şəhər “Cümə” məscidinin imamı Əsəd Seyidov, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlar zamanı vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.

