Daşkəsəndə “Xocalı faciəsinin 33-cü il dönümü” ilə əlaqədar tədbir keçirilib
Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin təşkilatçılığı ilə Daşkəsən şəhər “Cümə” məscidində “Xocalı faciəsinin 33-cü il dönümü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən şəhər “Cümə” məscidinin imamı və dindarlar iştirak ediblər.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Xocalıda dinc əhaliyə qarşı törədilən tarixin ən qanlı qətliamı barədə danışılıb, bu vəhşiliyin əsrlər keçsə də unudulmayacağı vurğulanıb.