Daşkəsəndə maarifləndirmə tədbiri keçirilib
Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə “İslamda intihara cəhdin fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, hərbi hissənin İdeoloji İş və mənəvi-psixoloji təminat bölmə rəisinin köməkçisi Anar Rzayev, Göygöl şəhər Heydər məscidi dini icmasının sədri, mütəvəllisi Əlaslan Cəfərov və hərbçilər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin vacibliyindən bəhs edilib və İslamda şəhidlik anlayışı haqqında geniş söhbət aparılıb.


