Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.02.2023 / Bölgə xəbərləri

Daşkəsəndə dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Rayon İcra Hakimiyyətinin əməkdaşları Qəhrəman Hüseynov, Orxan Abbasov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda dini radikalizm və ekstremizmin yarada biləcəyi fəsadlardan bəhs edilib. Vurğulanıb ki, radikalizmi doğuran başlıca səbəblərdən biri də dinlər haqqında məlumatsızlıq və dini bilgilərin zəif olmasıdır.