Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi Pentensiar Xidmətin birgə təşkilatçılığı ilə 2 və 17 saylı cəzaçəkmə müəssisələrində “Səbrin əhəmiyyəti: mənəvi imtahan konteksində” mövzusunda tədbir keçirilib.
Tədbirdə Pentensiar Xidmətin Baş idarəsinin məsul əməkdaşları, adıçəkilən cəzaçəkmə müəssisələrinin rəhbərliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Rəşadət Hidayətov, din xadimi Mirzəli Ağamirzəzadə iştirak ediblər.
Çıxışlarda səbrin insan həyatındakı rolu və əhəmiyyəti, həmçinin səbrsizliyin doğura biləcəyi mənfi nəticələr barədə ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.




