Cəlilabadda “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda tədbir keçirilib
Noyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialında “Vətənpərvərlik milli-mənəvi dəyər kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşları Cavidan Rəşidov və Həsən Hümbətov, həmçinin müəllim və tələbələr iştirak ediblər.
Çıxışlarda gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində ölkəmizdə müxtəlif tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Mövzunun əhəmiyyətini qeyd edən natiqlər milli-mənəvi dəyərlərin hər bir gəncin həyatında mühüm yer tutduğunu bildirərək, bu xüsusiyyətlərə sadiq olmağın vacibliyi söyləyiblər.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Vətən sevdası” filmi nümayiş etdirilib.

