Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.07.2025 / Bölgə xəbərləri

Cəlilabadda “Milli-mənəvi dəyərlərlə birləşən gənclik” mövzusunda tədbir keçirili

İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi və Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərlə birləşən gənclik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin məsləhətçisi Həsən Humbətov, Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin direktoru Ofeliyaxanım Sadatova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Salamat Nəcəfov, din xadimləri, müəllimlər və gənclər iştirak ediblər.
Tədbirdə milli-mənəvi dəyərlərin gənclərin tərbiyəsində rolu, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də dini-mənəvi təməllərin möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Natiqlər gənclərin sağlam düşüncə və dəyərlər əsasında inkişafı üçün maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.