Cəlilabadda maarifləndirmə tədbiri keçirilib
Fevralın 21-də Cəlilabad rayonu Kazımabad kənd tam orta məktəbində "Erkən nikahlar ailə dəyərlərinə xələl gətirir" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları Xumarə Xəlilova, Günay İbadova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Cavidan Rəşidov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də erkən nikahın doğurduğu fəsadlar və cəmiyyətə vurduğu ziyan mühüm və aktual problemlərdən biri olaraq qalır. Erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkili, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.


