Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.04.2022 / Bölgə xəbərləri

Cəlilabadda maarifləndirmə tədbiri keçirilib

Aprelin 27-də Cəlilabad rayonu Mərkəzi Kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi və  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda seminar keçirilib.

Tədbirdə Komitənin bölgə üzrə şöbəsinin əməkdaşı Cavidan Rəşidov, Ombudsmanın nümayəndəsi Ziya İsmayılov, Cəlilabad Tibb Kollecinin müəllim və tələbələri iştirak ediblər.

Seminarda sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər, eyni zamanda ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışılıb. Çıxışlar zamanı ailə planlaşdırılmasının vacibliyindən, erkən nigahların fəsadları və bu fəsadların aradan qaldırılması yollarından söhbət açılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.